"Komandam super oynayır" - Samir Abasov

"Komandam super oynayır" - Samir Abasov
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2017 / 20:24 4114
-  A +

"Artıq ikinci oyundur ki, komandamız çox super oyunayır. Bu görüş "Qəbələ” ilə ötən turdakı matçın davamı idi. Təəssüf ki, "Qəbələ”ni əldən buraxdıq, uda bilmədik”.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turunda doğma meydanda "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

39 yaşlı mütəxəssis eyni tempdə oynadıqları üçün futbolçulara təşəkkür edib: "Hesabda geri düşdük, lakin oyunda dönüş etməyi bacardıq. İkinci hissədə daha aqressiv və ağıllı oynadıq. Bu tempdə davam etməliyik, borcumuzudur. Bizdən geridə olanlar yaxınlaşır. Bu qatardan geri qalsaq, sonra başımız ağrıyar. Bu gün həddindən artıq istəkliydik və qalib gəldik".

S.Abbasov hazırda transfer barədə düşünmədiklərini söyləyib. O, əllərindəki futbolçularla öz oyun tərzlərini formalaşdırmağa çalışdıqlarını deyib: "Transfer barədə fasiləyə yaxın düşünəcəyik. Deməzdim ki, böyük boşluqlar var. Komandaya güc qatmaq baxımdan yeni oyunçular lazımdır.Amil Yunanovla rəqabət apara biləcək oyunçu da götürəcəyik.  Klub yaranandan bir strategiyası var – yerli futbolçularla oynamaq. Bunu da davam etdirəcəklər. Rəhbərlik bu cür istəyib. Onlar da inanırlar ki, məşqçilər bu işin öhdəsindən gələcəklər”.

 

Daha çox


Son xəbərlər