"Rəhbərlik dostumdusa, kiminsə üstünə qışqırmalıyam?” - “Səbail”in kapitanı

"Rəhbərlik dostumdusa, kiminsə üstünə qışqırmalıyam?” -  “Səbail”in kapitanı
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2017 / 00:00 3546
-  A +

“Səbail” Topaz Premyer Liqanın 9-cu turunda “İnter”i 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra komandanın kapitanı Eltun Yaqublu jurnalistlərin suallarını cavablandırıb:


- Bu gün növbəti qələbənizi "İnter" üzərində qazandınız. Matçla bağlı fikirlərin necədir?

- Bir neçə oyundu məğlub oluruq, "Neftçi" ilə qarşılaşmada çox pis oynadıq. Üzərimizdə məsuliyyət böyük idi, qələbə qazanmaq istəyirdik. Baş məşqçimiz də bizə qələbə qazanmağın vacib olduğunu bildirmişdi. Qələbə qazanmaq üçün bütün futbolçular var gücləri ilə çalışdılar. Ümumiyyətlə, "İnter"ə qalib gəlmək çox sevindiricidi.

- "İnter"də motivasiya yaxşı deyil, komandada problemlər var və futbolçular həvəssiz görünürdü. Necə düşünürsən, bu, "Səbail" üçün yaxşı fürsət idi?

- Biz "İnter"də problemlərin olduğunu eşitmişik. İnanmıram ki, "İnter" futbolçuları oynamaq istəməsinlər, həvəssiz olsunlar. Çünki "İnter"in futbolçuların tanıyırıq, hamı peşəkardı. Ola bilər ki, komandanın vəziyyəti futbolçulara təsir edib, amma bunu meydanda hiss etmədik. Onlar da aqressiv idilər, qələbə qazanmaq istəyirdilər.

- Oyun ərzində tez-tez komanda yoldaşlarınla mübahisə edirdin. Nədən narazı idin?

- "Neftçi" ilə matçlarda bütün epizodlarda rahat məğlub olurduq, baş məşqçimizin tapşırdığı aqressivlik yox idi. Bu oyunda da məğlub ola bilməzdik. Ümumilikdə, komandada Vüqarla birlikdə aqressivliyi qorumağa çalışırıq. Demək istəyirəm ki, bütün komandalar "Səbail"i məğlub etməməlidirlər. Mən bunu dərk edirəm və komanda yoldaşlarıma diqqətli olmağı tapşırıram. Baş məşqimiz necə aqressivdisə, istəyirik ki, oynadığımız futbol da elə olsun. Samir müəllim mənə komandaya nəzarət etməyi tapşırıb və bu göstərişləri meydanda yalnız mən verə bilərəm. Bu, qışqırmaq, dava etmək deyil. Sadəcə, qalib gəlmək üçün belə edirik.

- Komanda rəhbərliyi ilə yaxın münasibətdə olduğun bəllidir. Bundan istifadə edirsən?

- Komanda rəhbərliyi mənim dostumdusa, kiminsə üstünə qışqırmalıyam? Məni tanıyan hamı bilir ki, o qabiliyyətdə insan deyiləm. Komanda ilə münasibətim yaxşıdı, xüsusən əcnəbilərlə. Mən özüm onlarla görüşürəm, çalışıram ki, komandada ab-havanı saxlayım. Bu gün Nurlan Novruzovun üstünə qışqırdım və daha yaxşı oynamasını tələb etdim. Ola bilər ki, səhv məndədi. Komandamızın baş məşqçisi cəıza verəcəksə, bunu normal qarşılayacam. Ötən həftə məşqə gecikdiyim üçün Samir müəllim məni cəzalandırmışdı, "Neftçi"yə qarşı ona görə oynamadım.

- Maudonu çox əsəbiləşdirdin. Maraqlıdı, ona nə dedin?

- Mən ümumiyyətlə, ingilis dilini bilmirəm. Mən ona bir-iki söz dedim, o da səhv başa düşdü. Paltardəyişmə otağında baş məşqçimiz bizimlə danışdı, sakit olmağımızı tapşırdı və Maudo ilə əl sıxışdıq. Cəza nə olsa, qəbul edəcəyik.

Elnur Salahov

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi