Rəşad Sadıqovu Aftandil Hacıyev əvəzlədi

Rəşad Sadıqovu Aftandil Hacıyev əvəzlədi
XƏBƏR 18 Oktyabr 2017 / 16:23 3574
-  A +

“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası bu gün "Azərsun Arena"da "Atletiko"lu  həmyaşıdlarını qəbul edib.

Qol.az-ın məlumatına görə, qonaqların qalib gəldiyi oyunda (5:1) təmsilçimizi meydana baş məşqçi Rəşad Sadıqov yox, "Qarabağ"ın əvəzedici komandasının çalışdırıcısı Aftandil Hacıyev çıxarıb.

Qeyd edək ki, Sadıqov bir neçə gün öncə verdiyi açıqlamada bildirmişdi ki, "Atletiko"nun əsas komandası ilə görüşdə start heyətində meydana çıxacağı təqdirdə  19 yaşlılardan ibarət komandanı bir oyunluq Aftandil Hacıyevə həvalə edəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi