«Rəşad Sadıqov Azərbaycandan getmək istəyir»

«Rəşad Sadıqov Azərbaycandan getmək istəyir»
ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 15:16 2663
-  A +

«Qarabağ» komandasında cəmi iki oyunçunun - Rəşad Sadıqov və Elnur Allahverdiyevin müqaviləsi bu mövsümün sonunda bitir. Biz Elnur Allahverdiyevin komandamızda qalması üçün hələlik qərar verməmişik. Rəşad Sadıqova gəlincə, o, hazırda Azərbaycanda qalmaq haqda yox, legioner həyatı sürmək istəyir». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov söyləyib. O, Rəşadın son qərarını mövsüm bitəndən sonra verəcəyini deyib: «Biz Rəşad Sadıqovu komandamızda saxlamaq istəyirik. Amma hər şey onun özünün istəyindən asılıdır. Müqaviləsi bitəndən sonra Rəşad sərbəst agent olacaq. Hər halda biz onunla bir daha danışıqlar aparacağıq».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi