Koke də "Qarabağ"la oyunu buraxa bilər

Koke də "Qarabağ"la oyunu buraxa bilər
XƏBƏR 18 Oktyabr 2017 / 13:23 1829
-  A +

Çempionlar Liqasının qrup mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Atletiko"nun daha bir futbolçusu oyunu buraxa bilər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Kokenin ayaq əzələsində ağrı var. Bu səbəbdən o, dünən oyunöncəsi son məşqdə komanda ilə birgə çalışmayıb.

İspaniyalı futbolçunun zədəsi ciddi olmasa da, onun oyunda iştirak edəcəyi sual altındadır.

Qeyd edək ki, Madrid klubunun hücumçusu Antuan Qrizmann da hərarəti olduğu üçün bugünkü görüşü buraxa bilər.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi