Rauf Albaniyada növbəti qolunu vurdu

Rauf Albaniyada növbəti qolunu vurdu
XƏBƏR 16 Oktyabr 2017 / 18:05 4441
-  A +

Albaniya çempionatında 6-cı turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” öz meydanında "Teutra” ilə qarşılaşıb.
 
Oyun meydan sahiblərinin 4:2  hesablı qələbəsi ilə yekunlaşıb. Ötən tur qol hesabını açan Rauf bu oyunda da fərlənib. O, 90+4-cü dəqiqədə matçın sonuncu qolunu vurub.
 
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.

Daha çox


Son xəbərlər