"Atletiko" 20 futbolçu ilə gəlir - Şəkillər

"Atletiko" 20 futbolçu ilə gəlir -  Şəkillər
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2017 / 14:37 7216
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq “Atletiko" bu gün Bakıya gələcək.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi yerli vaxtla 14:00-da yola düşəcək.

Komandanın Bakı vaxtı ilə 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. Madridlilər qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda sabah son məşqinə çıxacaq.

Okrtyabrın 18-də keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

"Atletiko" Bakıya 20 futbolçu ilə səfər edəcək

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea

"Atletiko"nun Bakı səfəri öncəsi Madriddə son məşqindən hazırlanmış fotoreportajı təqdim edirik.




















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər