"Turan Tovuz"dan kuboka erkən vida

"Turan Tovuz"dan kuboka erkən vida
XƏBƏR 11 Oktyabr 2017 / 15:52 4553
-  A +

Bu gün Azərbaycan Kubokunda 2017/2018 mövsümünə start verilib.

Qol.az xəbər verir ki, kubokun yeni mövsümü 1/16 final mərhələsindən start götürüb. Bu mərhələdə I divizionun 4 komandası 1/8 finala son 2 vəsiqə uğrunda mübarizə aparıb.

"Ağsu”nun qonağı olan "Mil-Muğan” 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. MOİK isə "Turan Tovuz”la qarşılaşmada 2:1 hesablı qələbə qazanaraq 1/8 finala adlayıb.

Qeyd edək ki, 1/8 finalda "Mil-Muğan” "Qəbələ”, MOİK isə "İnter”lə qarşılaşacaq.


Azərbaycan Kuboku

1/16 final

11 oktyabr

"Ağsu” - "Mil-Muğan” - 0:1
Qol:
Vasif Mehrəliyev, 60
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Ağsu şəhər stadionu

 MOİK - "Turan Tovuz” - 2:1
Qollar:
İsmayıl İbrahimli, 13 (1:0), Elnur Səmədov, 40 (1:1), Qərib İbrahimov, 87 (2:1)
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu

1/8 finalda qarşılaşacaq cütlüklər

29 noyabr

“Qəbələ” – "Mil Muğan"

“Şüvəlan” - “Səbail”

“Zirə” - “Xəzər”

“Neftçi” - “Zaqatala”

MOİK - “İnter”

“Kəpəz” - “Binə”

“Qarabağ” -  “Qaradağ Lökbatan”

“Sumqayıt” - “Sabah”

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi