"Zirə" "Qarabağ"dan xal aldı

"Zirə" "Qarabağ"dan xal aldı
PREMYER LİQA 1 Oktyabr 2017 / 19:54 11611
-  A +

Bu gün Topaz Premyer Liqasında 7-ci tura - birinci dövrəyə yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə yalnız bir qarşılaşma keçirilib.

Çempionatın vahid lideri "Qarabağ" ən yaxın izləyicisi "Zirə"ni sınağa çəkib. Rəqiblərindən 1 oyun az keçirən son illərin dəyişməz çempionu cari mövsümdə hələ ki xal itirməsə də, bu dəfə "büdrəyib". Ağdam təmsilçisi bu dəfə 2 xal itirib, "Zirə" 1 xal qazanıb. 




Topaz Premyer Liqa, 7-ci tur

1 oktyabr (bazar)

18:00. “Qarabağ” – “Zirə” - 0:0
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu

29 sentyabr (cümə)

“Qəbələ” - “Kəpəz” - 0:2

“İnter” – “Neftçi” 0:2 

30 sentyabr (şənbə)

“Səbail” - “Sumqayıt” - 0:2 



 

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 5 1 0 12-3 16
2 Zirə 7 4 3 0 12-5 15
3 Qəbələ 7 4 1 2 7-8 13
4 Sumqayıt 7 3 1 3 8-10 10
5 İnter 7 2 2 3 7-9 8
6 Səbail 6 2 0 4 4-8 6
7 Neftçi 7 1 1 5 5-9 4
8 Kəpəz 7 1 1 5 5-11 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt") hərəyə - 3 qol

Daha çox


Son xəbərlər