La Liqa klubu baş məşqçisini qovdu

La Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 25 Sentyabr 2017 / 13:41 2674
-  A +

İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Fran Eskribanı istefaya göndərib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klub rəhbərliyi bu qərarı komandanın La Liqanın 6-cı turunda "Xetafe"yə 0:4 hesabı ilə uduzduğu oyundan sonra verib. Fran Eskribanın köməkçiləri də komandadan göndərilib.

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Vilyarreal" 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər