"Mən "qara siyahı"nın nə olduğunu bilmirəm "- Miçel

"Mən "qara siyahı"nın nə olduğunu bilmirəm "-  Miçel
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2017 / 22:15 6011
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel Topaz Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la oyundan (4:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
- "Roma" ilə oyunöncəsi vacib qələbə qazandıq. İlk hissədə istədiyim alınmadı. Ancaq bu, mühüm qələbə idi. Öz oyunuma gəlincə isə deyərdim ki, bunun öhdəsindən gəldim.
 
- "Roma" ilə oyunun təzyiqi ilk hissədə büruzə verirdi...

- Tamamilə fərqli oyunlardır. Rəqibimiz də oynayır, müqavimət göstərir.
 
- Qırmızı vərəqə aldıqdan sonra Qurban Qurbanov sənə sərt şəkildə irad bildirdi və paltardəyişmə otağına yollanmağını bildirdi...

- Mənə heç nə demədi. Nə olacaqsa, öz aramızda olan məsələlərdir. Futbolda olan şeylərdir. Əsas söz sahibləri oyun zamanı hakimlər olur.
 
- Qorxmursan ki, bu hərəkətinə görə Qurban Qurbanovun "qara siyahı"sına düşəsən?

- Qorxu və "qara siyahı"? Nə demək olduğunu bilmirəm.
 
- Oynamamaq, ehtiyat oyunçular skamyası...

- Futbolda olan şeylərdir. Çalışmaq lazımdır. Olan oldu, keçən keçdi.
 
- "Roma" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar?

- Ümid edirəm ki, "Çelsi" ilə oyundakı ssenari olmayacaq. Üstəlik, evdə oynayacağıq. Daha istəkli olacağıq.

Daha çox


Son xəbərlər