"Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev

"Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2017 / 21:07 4410
-  A +

“2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir".

Qol.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev UEFA-nın 2019-cu ildə keçiriləcək Avropa Liqasının finalına Bakı Olimpiya Stadionun ev sahibliyi etməsi ilə bağlı qərarına münasibət bildirirkən deyib.

Qurumun saytına danışan R.Abdullayev bu qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu vurğuayıb: "Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.

Daha çox


Son xəbərlər