Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim

Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
XƏBƏR 19 Sentyabr 2017 / 11:59 2646
-  A +

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya - Azərbaycan oyununa biletlərin qiymətində endirim edilib.

Qol.az-ın Almaniya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, 4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanları 18 avroya, 80 avroluq biletlər isə 60 avroya əldə etmək mümkündür. Bundan başqa, 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala biləcəklər.

Qeyd edək ki,  “Fritz-Valter” stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyunu oktyabrın 8-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi