"Coşqun elə zərbə vurdu, sanki 20 ildir dustaqxanada saxlayıram" - Şahin Diniyev

"Coşqun elə zərbə vurdu, sanki 20 ildir dustaqxanada saxlayıram" - Şahin Diniyev
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2017 / 20:54 3638
-  A +

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 5-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Rəqib əsas heyətlə meydana çıxmışdı. Komandam taktiki cəhətdən düzgü oynadı. “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi və qələbə qazandı. Düşünürəm ki, ikinci hissədə yaxşı oynadıq, hücumlar yaratdıq. Oyun heç-heçə də ola bilərdi, lakin imkanlarımızdan istifadə edə bilmədik. Futbolçularımdan razıyam, bacardıqlarını etdilər, meydanın hər qarışı uğrunda vuruşdular. Yeni komandayıq və bizə vaxt lazımdır. Mənə elə gəlir ki, “Kəpəz” oyundan-oyuna yaxşı təsir bağışlayır və bunun nəticəsini qarşıdakı matçlarda görəcəyik.

- Bəzi futbolçuların mövqelərində dəyişiklik var idi. Bunun səbəbi nə idi?

 - Standart vəziyyətlərdən sonra cinah oyunçularının yerini dəyişmək normaldır. Məsələn, Tural Rzayev bütün standart vəziyyətlərini yetirirdi, ona görə də İlyas Səfərzadə onun yerinə keçirdi.

- Komandanız az hücum etmədi və futolçular hər dəfə oyundankənar vəziyyətə düşürdü. Yaxşı olmaz ki, belə problemlərdən danışasınız?

- Komandanın yeni qurulması əsas səbəbdir. Çünki 16 futbolçumuz dəyişib, komandaya yeni gəlib. Bu da xətlərarası anlaşılmazlıqdan irəli gəlir. Oyundankənar vəziyyətlər də bununla bağlıdır. Həm individual, həm də komanda olaraq səhvlər var. Futbolçuların əməyini yerə salmaq olmaz. Mövqeyimizdən asılı olmayaraq, “Kəpəz” iddialıdır. Komandanın belə yerdə olmasına görə utanıram.

- Qapınıza vurulan qollardan birinə Coşqun Diniyev imza atdı. Oyundan sonra oğlunuza nə dediniz?

- Elə bir zərbə vurdu ki, sanki 20 ildir dustaqxanada saxlayıram (gülür).

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi