“Bakı”nın yeni baş məşqçisinin adı məlum oldu

“Bakı”nın yeni baş məşqçisinin adı məlum oldu
ÖLKƏ FUTBOLU 4 Aprel 2010 / 11:15 4335
-  A +

“Bakı” klubunun yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mövsümün sonuna kimi komandanı Cüneyt Biçer çalışdıracaq. Klubun prezidenti Hafiz Məmmədov dünən axşam saatlarında gənc çalışdırıcını futbolçulara təqdim edib. Unibank Premyer Liqasının XXVI turu çərçivəsində bu gün “İnter”ə qarşı keçiriləcək səfər oyununa “Bakı”nı məhz Biçer çıxaracaq. Məşqçilər korpusunda Məqsəd Yaqubəliyev, Aydın Salatan və Yüksel Kepoğlu yer alacaq.
Xatırladaq ki, bu təyinata kimi Cüneyt Biçer “Bakı” klubunun uşaq və yeniyetmələrdən ibarət komandalarının baş koordinatorunun köməkçisi idi.


 

Daha çox


Son xəbərlər