Zappakosta vurduğu qoldan danışdı - "Ötürmə idi"

Zappakosta vurduğu qoldan danışdı - "Ötürmə idi"
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2017 / 10:15 4591
-  A +

“Xoşbəxtəm.  “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm.Bu cür debütü ancaq arzulamaq olardı”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu  Davide Zappakosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.

Komandasının ikinci qolunun müəllifi olan  D.Zappakosta qələbə qazandıqları  üçün şad olduqlarını bildirib:  "Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi”.
 
İtaliyalı müdafiəçi ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.
 

Daha çox


Son xəbərlər