“Yuventus”un 6 futbolçusu “Barselona”ya qarşı oynamayacaq

“Yuventus”un 6 futbolçusu “Barselona”ya qarşı oynamayacaq
XƏBƏR 12 Sentyabr 2017 / 01:11 4648
-  A +

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qoca Sinyara”nın 6 futbolçusu “Nou Kamp”da meydana çıxa bilməyəcək.

Mario Mandjukiç, Corcio Kyellini, Benedikt Xevedes, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən “Barselona”ya qarşı oynamayacaqlar.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Barselona” - “Yuventus” oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi