DÇ-2026 üçün 41 namizəd şəhər

DÇ-2026 üçün 41 namizəd şəhər
DÜNYA FUTBOLU 8 Sentyabr 2017 / 11:00 4573
-  A +

2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyən ABŞ, Meksika və Kanadanın  şəhərlərin siyahısı müəyyənləşib.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, ilkin sifariş siyahısında 41 şəhər yer alıb. Bunlardan 32-si ABŞ, 6-sı Kanada, 3-ü isə Meksikadandır. Lakin yekunda 12 şəhərdən 20-25 stadion seçiləcək və 2018-ci ilin martında rəsmi sifariş formasında FİFA-ya təqdim olunacaq.

Qeyd edək ki, ilk dəfə 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsində 48 ölkə mübarizə aparacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının təşkili üçün digər namizəd Mərakeşdir. Ev sahibinin adı 2018-ci ilin iyununda Moskvada təşkil olunacaq FİFA-nın Konqresində açıqlana bilər.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi