Messi “Barselona” ilə müqaviləni uzatmayacaq – iddia

Messi “Barselona” ilə müqaviləni uzatmayacaq – iddia
DÜNYA FUTBOLU 3 Sentyabr 2017 / 11:11 7938
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi klubla müqavilənin müddətini uzatmayacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın “Onda Cero” radiosu məlumat yayıb. Bildirilib ki, gələn ilin iyununda kataloniyalılarla müqaviləsi bitəcək argentinalı ulduz azad agent status almaq və klubu pulsuz tərk etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin iyulunda “Barselona” rəsmən bəyan edib ki, Messi ilə yeni – 2021-ci ilin iyununa qədər müqavilənin uzadılması barədə razılıq əldə olunub. Həmin vaxt klub futbolçu istirahətdən qayıtdıqdan sonra müqavilənin imzalanacağını bildirsə də, indiyədək tərəflər rəsmən anlaşmayıblar.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi