"Kopenhagen" - "Qarabağ" oyununda ispan hakimlər

"Kopenhagen" - "Qarabağ" oyununda ispan hakimlər
ÖLKƏ FUTBOLU 21 Avqust 2017 / 13:12 6576
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Kopenhagen" - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İspaniya Futbol Federasiyasından Alberto Undiano Malyenko idarə edəcək. Ona Roberto Alonso və Raul Kabanero köməklik edəcək. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilla yerinə yetirəcək.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər