“Bizdə hansı klubun azarkeşi var ki?" - Samir Əliyev

“Bizdə hansı klubun azarkeşi var ki?" - Samir Əliyev
ÖLKƏ FUTBOLU 19 Avqust 2017 / 20:21 4786
-  A +

“Meydana ən azı 1 xal qazanmaq üçün çıxmışdıq. Oyunun gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldır ki, sonda qol vurub qələbə qazana bildik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 2-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"90 dəqiqə ərzində şanslarımız oldu. Lakin təcrübəsizlikdən həmin epizodları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. 60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir” - deyə o bildirib.

Samir Əliyev son 30 dəqiqədə geri çəkilmələrinin səbəbini belə izah edib: “Bunda həm fiziki çatışmazlıqlar, həm də “Neftçi”nin təzyiqinin rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün “Zirə” ilə oyunla müqayisədə müdafiədə daha az səhv buraxdıq”.

S.Əliyev “Səbail”in “Dalğa Arena”da dəstəksiz qalması barədə də danışıb: “Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer Liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin” (futbolxeber.az).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi