AFFA-dan «Xəzər Lənkəran» və Ağasəlim Mircavadova sərt cəza

AFFA-dan «Xəzər Lənkəran» və Ağasəlim Mircavadova sərt cəza
ÖLKƏ FUTBOLU 30 Mart 2010 / 19:59 2445
-  A +

AFFA-nın İntizam Komitəsi «Xəzər Lənkəran» - «Neftçi» oyunu ilə bağlı qərarı nəhayət, açıqlayıb. Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 mart 2010-cu il tarixində, Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu beş min manat cərimə olunub.
Oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə meydan sahibi - «Xəzər-Lənkəran» klubu iki min manat cərimə olunub.
Matçda «Xəzər-Lənkəran» klubunun məşqçiləri və klubun nümayəndələri texniki zona qaydalarını pozduğu üçün «Xəzər-Lənkəran» klubu iki min manat cərimə olunub.
Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu səkkiz min manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran» klubunun futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq kənarlaşdırılır, klub isə iki min manat cərimə olunub.
Matçda «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və «Xəzər-Lənkəran» klubu dörd min manat cərimə olunub.
Oyunda «Xəzər-Lənkəran» klubunun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılıb, klub isə dörd min manat cərimə olunub.
Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılıb və meydan sahibi - «Xəzər-Lənkəran» klubu səkkiz min manat cərimə olunub.
«Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klub daha ciddi cəzalandırılacaq.
«Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, baş məşqçiyə qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

 

Daha çox


Son xəbərlər