AFFA-da fövqəladə toplantı (YENİLƏNİB-2)

AFFA-da fövqəladə toplantı (YENİLƏNİB-2)
ÖLKƏ FUTBOLU 30 Mart 2010 / 19:07 2398
-  A +

Bu gün AFFA-nın inzibati binasında assosiasiyanın prezidenti Rövnəq Abdullayev Unibank Premyer Liqasında və I divizionda keçirilən oyunlara təyinat alan hakimlərlə görüş keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimliyin səviyyəsinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edən AFFA prezidenti hakimlərə müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, görüşlə bağlı hələlik başqa açıqlama verilmir. Amma bu görüşün "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən olaylara görə keçirildiyi şübhə doğurmur.

Əlavə edək ki, belə bir görüş qəflətən baş tutub. Hakimlərlə müzakirələrin aparılacağı əvvəlcədən nəzərdə tutulmamışdı.


AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-ın müxbiri ilə söhbətində qısaca olaraq bildirib ki, görüşdə ümumən hakimliyin, o cümlədən «Xəzər Lənkəran» - «Neftçi» matçında hakimliyin vəziyyətinə toxunulub.

 
Görüşlə bağlı ətraflı xəbərləri Qol.Az-da izləyin!

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi