“Neftçi”nin və Makedoniya millisinin sabiq futbolçusu İqor Mitreski Rusiyanın “Sovetski sport” qəzetinə müsahibə verib.
Qol.az müsahibəni ixtisarla təqdim edir.
- Hazırda nə işlə məşğulsunuz?
- Mən Balkan ölkələri üzrə skautam. Demək olar ki, işdən daha çox istirahət edirəm. Zarafatdır. Amma prisipcə burda ölkələr bir-birinə yaxındır. Makedoniya, Albaniya, Xorvatiya, Serbiya... Dostum Marko Trabukkiyə istidadların axtarışında kömək edirəm. Makedoniya millisində qalmaq variantı da var. Ora gənc və yeniyetmələrdən ibarət komandaya futbolçu seçə bilərəm.
- Klublarla əməkdaşlıq edirsiniz?
- Makedoniyada “Vardar”, “Şkendiya” və Almaniyada bir neçə klubla işgüzar münasibətlərim var.
- Nə üçün skaut oldunuz?
- Bakıda dörd il oynadıqdan sonra qərara gəldim ki, karyeramı bitirib istirahət edim. İndi yavaş-yavaş işləməyə başlayıram. Axı mənim üç övladım, həyat yoldaşım var. Özüm isə 20 ilə yaxın xaricdə oynamışam. İndi vaxtımı daha çox ailəmə həsr etmək istəyirəm.
- Skautun işində ən çətin olan nədir?
- Dərhal qərar verməmək. Bəziləri bir oyuna baxan kimi, deyirlər bu yaxşı və ya pis oyunçudur. Belə olmaz. Bir oyunçunu 5-6 dəfə, hətta daha çox izləmək lazımdır.
- Əgər sizə Avropadan müraciət etsəydilər, onlara Rusiyadan hansı futbolçunu təklif edərsiniz?
- İstedadlı oyunçular var. “Spartak”da yaxşı gənclər toplaşıb. Amma birmənalı nəsə deyə bilmərəm. Səmədovun oyunu xoşuma gəlir. Baxmayaraq ki, onun artıq 30 yaşı var.
- Məşqçi olmaq fikriniz var?
- Mənə görə deyil. Özümü bu sahədə görmürəm.
- İyunda belə məlumat yayıldı ki, “Spartak”ın seleksioner-məşqçisi ola bilərsiniz. Doğrudur?
- Belə söhbət var idi, amma alınmadı.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı