“Heç olmasa "İnter"ə “Zabrat” adını qoyaydılar” - Nikolov

“Heç olmasa "İnter"ə “Zabrat” adını qoyaydılar” -  Nikolov
ÖLKƏ FUTBOLU 9 Avqust 2017 / 18:20 8262
-  A +

“İnter”ə qarşı 10 ildir davam edən hücumlar axır ki, uğurla nəticələndi”.

Qol.az-ın məlumatına görə, bu sözləri Bakı “İnter”inin sabiq prezidenti Georgi Nikolov öz Feysbuk səhifəsində yazıb.

O, “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə kinayə ilə münasibət bildirib: “Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. Keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidir”.

Qeyd edək ki, bolqarıstanlı iş adamı  2006-2015-ci illərdə “İnter”in prezidenti olub.

Daha çox


Son xəbərlər