Ramin Musayev: “Gənc Arif Əsədov, Qurban Qurbanovla bacarmayan Mircavadov günahı hakimdə deyil, özündə axtarsın”

ÖLKƏ FUTBOLU 28 Mart 2010 / 18:37 3116
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Xəzər Lənkəran” – “Neftçi” oyununda yaşanan qalmaqalla bağlı Qol.Az saytına müsahibə verib.

- Ramin müəllim, dünənki oyunu stadiondan izləyirdiniz?
- Yox, amma baş verən olaylardan təbii ki, xəbərdaram.
- Elə isə münasibətiniz necədir?
- Hazırda araşdırmalar getdiyindən bu haqda nəsə deyə bilmərəm.
- Yekun qərar nə vaxt açıqlanacaq?
- Ən qısa zamanda. Yaxın iki gündə.
- “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyir ki, PFL-in Hakimlər Komitəsinə gücü çatmır.
- O, nəyə əsasən belə fikir yürüdüb, deyə bilmərəm.
- Oyunun televiziya ilə canlı yayımlanmaması da narazılığa səbəb olub.

- “İdman Azərbaycan” kanalının rəhbərliyi bəyan edib ki, texniki problemlər olduğuna görə bu matçı efirə verə bilməyib.
- Amma belə fikirlər var ki, oyun qəsdən göstərilməyib.
- PFL axı nə edə bilər? Oyunun göstərilib-göstərilməməsi televiziyanın səlahiyyətində olan məsələdir.
- Dünənki olaylara görə, "Хəzər Lənkəran”ı nə kimi cəza gözləyir?
- Hələ heç nə deyə bilmərəm. Qərarı PFL yox, AFFA verəcək. Araşdırılacaq və obyektiv qərar çıxarılacaq.
- Hər halda PFL-in prezidenti kimi baş verənlərə münasibətiniz maraqlı olardı . Hamı bu olayları biabırçılıq kimi qiymətləndirir.
- Hamı deyəndə kimi nəzərdə tutursunuz?
- Futbolçuları, azarkeşləri, klub rəhbərliyini...
- Günahı o biabırçılığı yaradanlarda axtarmaq lazımdır. Onu tapaq, sonra fikir yürüdək.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, bütün bunlar onun komandasına qarşı məqsədli şəkildə edilir. Bundan əvvəl “İnter”lə oyunda da komandasına hakimlər tərəfindən təzyiq olunduğunu bildirib.
- Mən bütün oyunlara canlı baxmasam da, görüşlərin videoyazısını, oradakı şübhəli məqamları izləmək imkanım var. PFL-in bütün oyunlarda iki operatoru işləyir. Mən bütün şübhəli məqamlara baxmışam və buna əsasən deyə bilərəm ki, Ağasəlim Mircavadovun dediklərinin heç bir əsası yoxdur. 
- Hətta dünənki qarşılaşma ilə bağlı söylədiklərini də qəbul etmirsiniz?
- Qəbul etmirəm. Bir məşqçi kimi gənc Arif Əsədova, Qurban Qurbanova gücü çatmayan, onlarla bacarmayan Mircavadov günahı hakimdə deyil, özündə axtarsın.
Dünənki oyundakı mübahisəli epizodlarda hakimin günahsız olduğuna başımla cavabdehəm. Komissiya da baxıb oyuna, heç bir qərəzdən söhbət gedə bilməz.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi