«Xəzər Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov dünən “Neftçi” ilə oyun zamanı baş verən olaylara sərt reaksiya verib. Qol.Az-ın müxbirilə söhbətində A.Mircavadov bildirib ki, hakim Əfqan Həmzəyev və onun köməkçiləri oyunu qərəzli şəkildə idarə ediblər: “Yaxşı bir oyun alınacaqdı, amma hakimlər buna imkan vermədilər. Dünən qərəzli hakimlik vardı. Onun fikri nə idi, mənə hələ də qaranlıq qalır. Mən hakimlər haqda pis fikirdə olmamışam. Amma deyim ki, dünən hakimlər stadionda 15 min azarkeşin əsəbləri ilə oynadılar. Bilmirəm, ona kimsə demişdi belə hakimlik elə, yoxsa... “Simurq”a Zaqatalada 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da Əfqan Həmzəyev biabirçı hakimlik etdi”.
A.Mircavadov son vaxtlar “Xəzər Lənkəran”a qarşı təzyiqlərin olduğunu da bildirib: “Bundan əvvəl “İnter”lə oyunda hakimliyin səviyyəsini gördünüz. Orda da qərəzli hakimlik vardı. “Altılıq”dan əvvəl belə şeylər yox idi. “Qarabağ”a Quzanlıda uduzduq, amma mən bunu normal qəbul etdim. Son iki oyunda baş verənlər isə, sadəcə olaraq, biabırçılıqdır. Bəlkə də bütün bunlar məqsədli şəkildə həyata keçirilir. Dünən oyunda hakimlər elə qərarlar verdilər ki, 15 min azarkeş, klub rəhbərliyi əsəbindən otura bilmədi. Camaata nə qədər yalvarmaq olar?! Onlar da insandırlar, əsəbləri bu qədər ədalətsizliyə dözmür”.
A.Mircavadov AFFA nümayəndəsi Namiq Məstənovu vurması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Ona kim sələhiyyət verib ki, meydançaya girsin. Hər dəfə meydana girəndə azarkeşlər ayağa qalxırdılar. Mən onu vurmamışam, amma möhkəm mübahisəmiz olub”.
A.Mircavadov bildirib ki, son olaylardan sonra onda futbola qulluq etmək həvəsi aşağı düşüb: “Dünənki olaylar biabırçılığın sən həddi, nöqtəsi idi. Kimə lazım idi bunlar? Kim tərəfindən edilib bilmirəm”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze