Pokora: "Uzun yol qət eləyib Tovuza gəlmişdik ki..."

XƏBƏR 28 Mart 2010 / 00:09 1727
-  A +

"Bildiyiniz kimi, komandam bir çox oyunçularla yollarını ayırıb. Uzun yol qət eləyib Tovuza gəlmişdik ki, qələbə qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Bugünkü oyunda "Turan" çox gözəl futbol oynadı, azarkeşləri də komandanı əlavə ruhlandırırdı. Əvvəlki günlərə nisbətən stadionun vəziyyəti yaxşıdır". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Turan" - "Simurq" matçının oyunsonrası mətbuat konfransında Zaqatala klubunun baş məşqçisi Roman Pokora deyib.
Qeyd edək ki, "Turan" - "Simurq" matçı 0:0 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi