Lənkəranda Arif Əsədovu vurdular

Lənkəranda Arif Əsədovu vurdular
ÖLKƏ FUTBOLU 27 Mart 2010 / 21:25 3119
-  A +

Bu gün Premyer Liqanın XXV tur çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçında qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran” klubunun azarkeşləri görüşün baş hakimi Əfqan Həmzəyevin idarəçiliyinə etiraz əlaməti olaraq meydana girib. “Ağ-yaşıllar”ın tərəfdarları buna səbəb olaraq referi Həmzəyevin bir neçə dəfə sevimli klublarının əleyhinə qərar çıxarması və ikiyüzfaizli qollarını hesaba almamasını göstəriblər. Referinin qərarları ilə razılaşmayan azarkeşlər görüşün baş hakiminə zərbə endiriblər.

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun isə AFFA nümayəndəsi Namiq Məstanovla çəkişməsi olub.

Aldığımız daha bir xəbərə görə isə Lənkəranda “Neftçi” klubunun baş məşqçisi Arif Əsədova da zərbə endirilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər