Qurban Qurbanov: «Biz böyük təzyiq altında idik»

Qurban Qurbanov: «Biz böyük təzyiq altında idik»
ÖLKƏ FUTBOLU 27 Mart 2010 / 18:37 2143
-  A +

"Bu gün iki fərqli hissəyə şahidlik etdik. İkinci hissədə komandamız çox mübariz görsənirdi". Qol.Az-ın məlumatına görə, bu sözləri öz meydanında «İnter»lə oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib. O, meydançanın vəziyyətinin hər iki komandanın bacarıqlarını göstərməyə imkan vermədiyini söyləyib. Q.Qurbanov komandasının ardıcıl üç dəfə məğlub olmasından sonra böyük təzyiq altına düşdüyünu də bildirib: «İnter»lə bugünkü oyunu unudacağıq. Qarşıda bizi "Xəzər Lənkəran"la çox ağır oyun gözləyir».
Xatırladaq ki, «Qarabağ» - «İnter» matçı 1:1 hesabı ilə başa çatıb.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi