Sxadadze: "Hakim oyunun «ipini» əldən buraxmışdı"

Sxadadze: "Hakim oyunun «ipini» əldən buraxmışdı"
ÖLKƏ FUTBOLU 27 Mart 2010 / 18:33 2219
-  A +

"Komandamızın bugünkü oyunundan razı qaldım. Uşaqlara təşəkkür etmək istəyirəm. Samir Abbasov gözəl qol vurdu. Azərbaycan futbolu inkişaf etməkdədir». Qol.Az-ın məlumatına görə, bu sözləri səfərdə «Qarabağ»la oyundan sonra «İnter»in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, hakimlik barədə də fikirlərini söyləyib: «Mən heç zaman hakimlər haqda danışmaq istəməmişəm. Amma fikrimcə, bugünkü görüşdə baş hakim Elçin Məmmədov oyunun «ipini» əldən buraxmışdı. Çox istərdim ki, Azərbaycan futbolunun inkişafına hakimlər də yardımçı olsun".
Xatırladaq ki, «Qarabağ» - «İnter» oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər