"Miçellə mübahisəmə Qurban müəllim heç nə demədi" - Maksim Medvedyev

"Miçellə mübahisəmə Qurban müəllim heç nə demədi" -  Maksim Medvedyev
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 11:40 6909
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyunundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun sonlarında Miçellə mübahisə etdin. Nə baş vermişdi?

- Adi futbol epizodu idi. Oyunun sonları idi, qələbə qazanmaq istəyirdik və cüzi gərginlik var idi. Topu ona ötürməyimi istəsə də, mən daha yaxşı mövqedə olan Donald Gerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı.

- Qurban Qurbanov oyundan sonra nəsə dedi?

- Xeyr, bu adi haldır.

- Oyun gözlədiyiniz kimi  keçdi?

- Rəqib “Samtredia” deyil, daha usta komandadır. Meydanda nə etmək lazım olduqlarını bilirlər, təcrübələri var. Çalışacağıq ki, səfərdə başqa cür oynayaq. Artıq onları tanıyırıq.
 
- Rəqibin oyunu ilə bağlı nə deyə bilərsən?

- Beş müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli oyanayacaqlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin.
 
- “Qarabağ”ın oyununda da problemlər var. Xüsusilə də hücum xəttində “dişsizlik”, ötürmələrdə bəsit səhvlər sizin üçün gözlənilməz olmadı?

- Futboldu, belə şeylər olur. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktikada çıxış etdi. Həm də Moldova komandası daha usta komandadır. Yaxşı mövqe seçirdilər, asmalar edəndə topu uzaqlaşdırırdılar. Həmin anda problemlər yaranırdı.

- Sanki "Şerif" sizi daha yaxşı analiz etmişdi?

- Rəqib bizi analiz etmişdi, necə oynadığımızı, harda “bağlamaq” lazım olduğunu bilirdilər. Futbol oynamağa imkan verirdilər, amma müəyyən zonaya qədər. Ondan sonra “bağlayırdılar” və əks-hücuma çıxmağa çalışırdılar. Biz də onların bu oyun üslubuna hazır idik. Çünki əvvəllər də bu cür oyun üslubuna üstünlük verən komandalara qarşı oynamışdıq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi