"Reynaldo bu haqda demişdi" - "Şerif"in futbolçusu

"Reynaldo bu haqda demişdi" -  "Şerif"in futbolçusu
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 02:43 9709
-  A +

"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.

Qol.az-ın məlumatına görə, 0:0 hesablı bərabərlikdən sonra Tiraspol təmsilçisinin futbolçusu Ziduy Badibanqa jurnalistlərin suallarını cavablandırıb:

- Əks-hücumlarda oynadıq. Yaxşı təsir bağışladıq. Bizim çox şansımız olmadı. Qapıçımız Zvonimir Mikoliç yaxşı təsir bağışladı. Nəticədən razıyıq.

- Bu matçda daha çox müdafiəyə fikir verdiniz. Beşli müdafiə ilə çıxış etdiniz. Tiraspoldakı qarşılaşmada açıq, yoxsa qapalı futbol oynayacaqsınız?

- Bu taktika ilə uduzmadıq. “Qarabağ” yaxşı komandadır. Rəqibimizə qarşı yəqin cavab matçında da bu taktika ilə oynayarıq.
 
- Azarkeşlərin yaratdığı atmosfer barədə nə deyərdiniz?

- Çox yaxşı idi, fantastik!

- Bu cür atmosfer sürpriz olmadı?

- Mənim “Anderlext”də birgə çıxış etdiyim Reynaldo “Qarabağ”ın sabiq futbolçusu olub. O, mənim dostumdur. İki həftə əvvəl Facebookda yazdım və o, mənə azarkeşlərin möhtəşəm olduğunu demişdi.

- “Qarabağ”ın oyunları haqda nəsə demədi?

- Oyun sirri barədə heç bir söhbətimiz olmadı. O, ancaq azarkeşlərdən və möhtəşəm atmosferdən bəhs etdi.

- Cavab matçında kim şanslıdır?

- Bilirik ki, çətin olacaq. Əgər istədiyimiz kimi oynasaq, inanıram ki, biz qalib gələcəyik.

Daha çox


Son xəbərlər