“Qəbələ”nin hədəfi qələbədir” – Ozobiç

“Qəbələ”nin hədəfi qələbədir” – Ozobiç
ÖLKƏ FUTBOLU 25 İyul 2017 / 11:50 4141
-  A +

“Panatinaikos” klub kimi Avropada çox gözəl tarixə və ənənəyə malikdir. Mən belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadam".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk matç öncəsi Yunanıstan mətbuatına deyib.

26 yaşlı yarımmüdafiəçi çətin oyun olacağını bildirib: "Çünki "Panatinaikos" böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.
 
Onun sözlərinə görə, Afinada ən yaxşı oyunu sərgiləməlidirlər: "Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik".

F.Ozobiç deyib ki, bütün çətinliklərə baxmayaraq,  növbəti mərhələyə vəsiqə qazana bilərlər: "Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var".

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçiriləcək cavab görüşünə avqustun 3-ü saat 21:00-da start veriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi