Eddidən qol ötürməsi - Video

Eddidən qol ötürməsi - Video
VİDEO 25 İyul 2017 / 10:41 2125
-  A +

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda ötən mövsüm İspaniya Sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə qarşılaşıb. "Kadiz" 1:2 hesabı ilə uduzub.

E.İsrafilov ikinci hissənin əvvəlində meydana daxil olub. O, komandasının yeganə qolunun ötürməsinin müəllifi olub.

Qeyd edək ki, Eddi bundan əvvəl 2 yoxlama oyununda 2 qol, 2 qol ötürməsi ilə yadda qalıb.
 



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi