Qurban Qurbanov “Şerif”li həmkarını qabaqladı

Qurban Qurbanov “Şerif”li həmkarını qabaqladı
XƏBƏR 24 İyul 2017 / 01:11 7193
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Qol.az-ın “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, iyulun 24-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Şerif"in baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi