"Qarabağ”a getmək barədə düşünür"

"Qarabağ”a getmək barədə düşünür"
ÖLKƏ FUTBOLU 23 İyul 2017 / 10:02 9318
-  A +

Ukraynanın “Futbol 1” telekanalının jurnalisti İqor Burbas ölkə millisinin sağ cinah müdafiəçisi Artyom Fedetskinin gələcək karyerası ilə bağlı 3 variant üzərində düşündüyü haqda açıqlama verib.

Qol.az-ın xəbərinə görə, özünün Tvitter səhifəsində o yazıb ki,  32 yaşlı futbolçu "Qarabağ"la  çempionluq qazanmaq üçün uzaq Azərbaycana, Ukraynaya qonşu olan Polşaya və ya optimal variant kimi Türkiyəyə getmək barədə düşünür.

Qeyd edək ki, Artyom Fedetskinin son komandası “Darmştadt” olub. 2016/17 mövsümü başa çatdıqdan sonra alman klubu onunla yekunlaşan müqavilənin müddətini uzatmayıb.

Daha çox


Son xəbərlər