“Qarabağı təmsil etmək fəxrdir" – Qurban Qurbanov

“Qarabağı təmsil etmək fəxrdir" –  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 12:21 4097
-  A +

"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov gürcü jurnalistin klubun Qarabağı təmsil etməsi ilə bağlı sualına cavab olaraq deyib: "Qarabağın adını təmsil etməklə fəxr edirik. Qarabağ adının məsuliyyətini anlayıram. Bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq".

Qeyd edək ki, "Samtredia" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər