"Bu cür söhbətlər "Qarabağ"a ziyandır" - Vaqif Sadıqov

"Bu cür söhbətlər "Qarabağ"a ziyandır" -  Vaqif Sadıqov
ÖLKƏ FUTBOLU 15 İyul 2017 / 13:41 5779
-  A +

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda 5:0 hesabı ilə qalib gəldiyi “Samtredia”nı mübarizədən kənarlaşdırsa, 3-cü mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”ın mümkün rəqibləri bəlli olduqdan sonra futbol ictimaiyyəti  Qurban Qurbanovun komandasının 3-cü mərhələni də keçəcəyinə dair qəti şəkildə fikirlər yürüdür. Çoxları Moldova və Albaniya təmsilçisini kiçildir. Təbii ki, bu cür yanaşma “Qarabağ”ın qarşıdakı oyunlara motivasiyasına mənfi təsir edə bilər.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da  Qol.az-ın müxbiri ilə söhbətində bu cür söz-söhbətlərin “Qarabağ”a ziyanlı olduğunu deyib:

“İndi Avropada hansısa rəqibə yuxarıdan aşağı baxmaq mümkün deyil. Bu gün Lüksemburq, Malta, Lixtenşteyn kimi ölkələrin təmsilçiləri köklü klublara qarşı başabaş mübarizə aparır. Eləcə də  Moldova və Albaniya klublarını kiçiltmək olmaz. Artıq heç nə əvvəlki kimi deyil. Hər bir komandaya ciddi yanaşmaq lazımdır. Bu uğur qazanmaq üçün ən vacib olan amildir. Bu isə “Qarabağ”da var. Bilirəm ki, Qurban Qurbanovun komandası qarşıdakı oyunlara ən düzgün şəkildə hazırlaşır. İstənilən halda rəqibi kiçiltmək olmaz. Hər hansı bir arxayınlaşma komandamıza baha başa gələ bilər. Buna görə də indidən nəsə demək düzgün deyil”.

Millimizin sabiq baş məşqçisi “Qarabağ”ın kifayət qədər təcrübəli olduğunu və bu cür məsələlərə peşəkar yanaşdığını da əlavə edib:

“Qarabağ”ın üstünlüyü ondadır ki, hazırlığını rəqibdən asılı olmayaraq davam etdirir. Qurban Qurbanovun son açıqlaması çox xoşuma gəldi. Bildirdi ki, biz ancaq “Samtredia” ilə oyunu fikirləşirik. Yəni indi “Qarabağ”ı 3-cü mərhələdəki rəqiblər düşündürmür. Bu da onu göstərir ki, rəqibə peşəkarcasına yanaşırlar. Bu peşəkarlıq imkan verməz ki, “Qarabağ” hansısa rəqibə yuxarıdan aşağı baxsın”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi