"Qəbələ", "İnter" və "Zirə"nin mümkün rəqibləri bilindi

"Qəbələ", "İnter" və "Zirə"nin mümkün rəqibləri bilindi
ÖLKƏ FUTBOLU 14 İyul 2017 / 15:13 19969
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibləri bəlli olub.

"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə  Yunanıstanın "Panatinaikos" klubu ilə  qarşılaşacaq. İlk görüş Afinada olacaq.

"İnter”  ilk ounda 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Zaur Svanadzenin komandası 3-cü mərhələyə yüksəlsə, ilk görüşü səfərdə keçirəcək.

"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq. Təmsilçimiz "Astra" səddini keçə bilsə, ilk oyunu Bakıda olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Daha çox


Son xəbərlər