"Nəticə ədalətlidir" - Qriqorçuk

"Nəticə ədalətlidir" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 13 İyul 2017 / 23:38 4574
-  A +

“Pis heç nə baş vermədi, təəccüblü heç nə olmadı. Çünki başa düşürdük ki,  çətin görüş olacaq. Rəqibin yaxşı oyun tərzi var və bilirdik ki, onların üstünlüyü olacaq. Bizim üçün ilk dəqiqələrdən oyunu ələ almağımız yaxşı olardı. Bu alınmadı, əksinə çox epziodlar itirdik. Əvvəldən  daha yaxşı oynamalı idik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşanın "Yagelloniya" klubu ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Komanda bu gün niyə inamsız təsir baışladı? Nə çatışmırdı?

- Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Bunu başa düşürük və ona görə də təəccüblü heç nəyin baş vermədiyini düşünürük. Biz qələbə qazanmaq istəyirdik. Oyunu ələ almalıydıq. Lazımsız top itkilər oldu və bu, bizim oyunumuza təsir etdi.

- İlqar Qurbanov əvəzlənmədən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?

- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzlənmək istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdır. Bəlkə də, onun qıcılması tutmuşdu.

- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardır, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdur?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiniz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

- Cavab oyununda şanslarınızı necə dəyərləndirirsiniz? Yeni planınız varmı?

- Biz necə olacağını bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Bizim əsas məqsədimiz sakit olmaqdır.  Təəssüflənməməliyik. Hesab müxtəlif ola bilərdi. Məncə, nəticə ədalətlidir. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var.

- Araz Abdullayev bu gün harda idi?

- Arazın adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi.

- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdür, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidir. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.

Daha çox


Son xəbərlər