"Bavariya"nın futbolçusu rəsmən "Yuventus"da

"Bavariya"nın futbolçusu rəsmən "Yuventus"da
DÜNYA FUTBOLU 12 İyul 2017 / 21:39 3864
-  A +

"Yuventus" "Bavariya"nın futbolçusu Duqlas Kostanı icarəyə götürüb.

Qol.az-ın Turin klubunun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi 2017/2018 mövsümünün sonuna kimi icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək. Bunun üçün "Yuventus" 6 milyon avro ödəyib. Klubun mövsümün sonu əlavə 40 milyon avro ödəyərək oyunçunu birdəfəlik almaq hüququnun olduğu bildirilib.

Qeyd edək ki, D.Kosta ötən mövsüm 36 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi