"Everton"un futbolçusu Romelu Lukakunun "Mançester Yunayted"də keçidi rəsmiləşib.
Qol.az-ın "qırmızı şeytanlar"ın saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyəri barədə isə məlumat verilməyib.
Qeyd edək ki, İngiltərə mətbuatı bu transferin "Mançester Yunayted"də 75 milyon funt-sterlinqə (təqribən 85 milyon avro) başa gəldiyini yazıb. Bu isə Lukakunun İngiltərə Premyer Liqası tarixinin ən bahalı oyunçusu olması deməkdir.