“Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi" - "Dinamo"nun baş məşqçisi

“Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi" - "Dinamo"nun baş məşqçisi
ÖLKƏ FUTBOLU 29 İyun 2017 / 10:05 5050
-  A +

“Oyuna ciddi hazırlaşmışdıq. “Qarabağ”ın səviyyəsi bizi buna məcbur edirdi. Bu, təcrübəli və yaxşı qurulmuş komandadır. Onlar daim Çempionlar Liqası və Avropa Liqasında oynayırlar".

Qol.az-ın məlumatına görə, bu sözləri Moskva "Dinamo"sunun baş məşqçisi Yuri Kalitvintsev "Qarabağ"la yoxlama oyunundan (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

O, Ağdam klubunun hazırlıq səviyyəsi haqda da danışıb: "Məntiqə görə “Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki onlar tezliklə avrokuboklarda mübarizəyə başlayacaqlar. Bu komandanı çoxdan izləyirəm və xoşuma gəlir. Ancaq “Qarabağ”a olan bütün hörmətimə baxmayaraq, bugünkü oyuna görə hansımızın iki həftə sonra Çempionlar Liqasında oynadığını deyə bilmərəm. Futbolçularımın işinə yanaşması, tapşırıqları yerinə yetirməsi, oyun intizamı sevindirdi. Bu gün qol imkanlarını bağışlayırıq, amma sabah onları təhlil edəcəyik. Amma qol imkanlarının yaradılması ümid verir”.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi