“Azərbaycanda “Qarabağ”a rəqib yoxdur” – “Dinamo”nun saytı

“Azərbaycanda “Qarabağ”a rəqib yoxdur” – “Dinamo”nun saytı
XƏBƏR 28 İyun 2017 / 14:44 4650
-  A +

“Rəqibimiz “Qarabağ” ciddi komandadır. Komanda son illər Azərbaycanda dubllar edir: həm çempion olur, həm də kuboku qazanır”.

Qol.az-ın xəbərinə görə, bu sözlər Moskvanın “Dinamo” klubunun rəsmi saytında dərc olunan yazıdan götürülüb.

Bu gün Avstriyada “Qarabağ”la “Dinamo” arasında yoxlama matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Matç ərəfəsində yazı hazırlayan “Dinamo”nun mətbuat xidməti Ağdam klubu barəsində müsbət fikirlər səsləndirib.

“Son movsümdə Qurban Qurbanovun komandası ən yaxın rəqibini 10 xal, üçüncü yerdəki komandanı 19 xal qabaqlayıb. Demək olar ki, Azərbaycanda “Qarabağ”a rəqib yoxdur. Təsadüfi deyil ki, hazırda bu klubun 12 futbolçusu müxtəlif milli komandalarda çıxış edir.

Komanda avrokuboklarda yaxşı oynayır. Onlar dalbadal üç dəfə təfnifat mərhələlərini adlayaraq Avropa Liqasının qrupunda oynayıblar. “Qarabağ” “İnter”, “Sent-Etyen” və “Monako” ilə heç-heçə edib, “Anderlext”i udub, “Dnepr”in ən yaxşı dövründə isə bu komandaya da qalib gəlib. Hazırda isə “Qarabağ” Çempionlar Liqasına hazırlaşır” – deyə yazıda qeyd edilib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi