Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də

Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də
ÖLKƏ FUTBOLU 23 İyun 2017 / 22:33 8510
-  A +

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı Stiven Jozef-Monroz yeni mövsümdən komandanın şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu  “Lans”, “Şatoru", “Kortriyk” və “Genk”in şərəfini qoruyub. Jozef-Monroz son olaraq 2015-2017-ci ildə Fransada “Brest”də oynayıb. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.

Daha çox


Son xəbərlər