Kiyev “Dinamo”su ilə kim oynayacaq? – “Qarabağ”, yoxsa “Qəbələ”?

Kiyev “Dinamo”su ilə kim oynayacaq? – “Qarabağ”, yoxsa “Qəbələ”?
ÖLKƏ FUTBOLU 22 İyun 2017 / 12:11 4219
-  A +

Kiyevin “Dinamo” klubunun rəsmi saytında Avstriyada təlim-məşq toplanışı keçəcək komandanın yoxlama matçlarındakı rəqiblərinin yekun siyahısı açıqlanıb.

Qol.az-ın xəbərinə görə, rəqiblər arasında Ağdamın “Qarabağ” komandasının adı da var. Bu matçın iyulun 4-də keçiriləcəyi qeyd edilib. Maraqlıdır ki, bir neçə gün əvvəl başqa bir klubumuz “Qəbələ” məhz həmin tarixdə “Dinamo” ilə oyunlarının olacağı barədə xəbər yayıb.

Bəs, əslində durum necədir? “Dinamo” Kiyevlə “Qəbələ” oynayacaq, yoxsa “Qarabağ”?



Asif Əsgərov

Ağdam klubunun meneceri Asif Əsgərov Qol.az saytına açıqlamasında bildirib ki, hələ Avstriyaya təlim-məşq toplanışına yola düşməzdən əvvəl, Bakıda olarkən Avropada yoxlama matçları təşkil edən şirkətlərdən biri onlara “Dinamo” ilə yoxlama oyunu təklif ediblər:
“Biz bu variantı bəyənsək də, oynayacağımızı rəsmən təsdiqləməmişdik. Çünki Çempionlar Liqasının iyunun 19-da keçirilən püşkatmasını gözləyirdik. Əgər ilk oyunumuz Bakıda deyil, səfərdə olsaydı, bu halda Avstriyada təlim-məşq toplanışı davam etdirəcək və iyulun 4-də “Dinamo” ilə yoxlama görüşü keçirə bilərdik. Amma ÇL-də birinci oyunumuz Bakıda olduğundan təbii olaraq komandamızın planında da dəyişiklik oldu. İyulun 3-də Bakıya qayıdacağıq. Yəni “Dinamo” ilə bizim oynamayacağımız dəqiqdir. “Dinamo” ilə “Qəbələ”nin qarşılaşacağını saytlardan oxudum. Ola bilər, təşkilatçılar bizim planımızın dəyişdiyini bildiyi üçün sonra “Qəbələ”ni seçiblər”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi