"İnter" əvvəlki gücündə deyil" - Saşa Stamenkoviç

"İnter" əvvəlki gücündə deyil" - Saşa Stamenkoviç
ÖLKƏ FUTBOLU 22 İyun 2017 / 11:51 3892
-  A +

“Azərbaycan klublarını və bu ölkənin mentalitetini yaxşı bilirəm. Fikrimcə, püşkatmada “Mladost”un bəxti gətirmədi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç ölkəsi Serbiya mətbuatına açıqlamasında deyib.
 
Hazırda Qazaxıstanın "Okjetbes" klubunda çıxış edən S.Stamenkoviç "Mladost"un Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"in əvvəlki gücündə olmadığını bildirib: “İki il əvvəl “Çukariçki” Azərbaycanın digər komandası “Qəbələ” ilə düşmüşdü. Belqradda sərfəli nəticəyə baxmayaraq, komandamız səfərdə məğlub olaraq, mübarizəni dayandırdı. Doğrudur, “İnter” əvvəlki gücündə deyil və büdcəsi də azaldılıb. Azərbaycanlılar Bakıda fürsət axtaracaq və azarkeşlərin böyük dəstəyini alacaqlar".

O, "Mladost"un "İnter"lə görüşdə mümkün qədər az səhv etməli olduğunu vurğulayıb: "Luçanidəki görüşdə Serbiya məktəbinə güvənmək lazımdır. Nenad Milovanoviç güclü məşqçidir, komandasını “İnter”lə oyunlara yaxşı hazırlayacaq. Futbolda isə hər zaman hər şey mümkündür. Buna görə də mümkün qədər az səhvlə oynamaq lazımdır”.
 
Qeyd edək ki, Saşa Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”də oynayıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi