"Real" ona 350 milyon avro qiymət qoyur

"Real" ona 350 milyon avro qiymət qoyur
DÜNYA FUTBOLU 13 İyun 2017 / 11:54 6661
-  A +

"Real" futbolçusu Marko Asensio ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilə qədər uzadılacaq.

Yeni müqavilə ilə onun təzminat qiyməti 350 milyon avri təşkil edəcək. 2020-ci ilə qədər M.Asensionu transfer etmək istəyən klublar bu məbləği ödəyəməli olacaq.

Qeyd edək ki, M.Asensio ötən mövsüm 23 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi