"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ"ın rəqibləri bəlli oldu
ÖLKƏ FUTBOLU 26 May 2017 / 19:00 10170
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

Klubdan Qol.az-a verilən məlumata görə, iyunun 1-də Bakıda bir araya gələcək komanda iyunun 16-da təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Qurban Qurbanovun komandası hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirəcək.

Ardıcıl 4-cü dəfə ölkə çempion olan “atlılar” iyunun 20-də Rusiyanın “Terek” klubu ilə qarşılaşacaq. İyunun  24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək “Qarabağ”  4 gün sonra Moskva “Dinamo”su  ilə üz-üzə gələcək.

“Qarabağ”ın hazırlıq müddəti Çempionlar Liqasının püşkatmasından asılıdır. Komanda II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, vətənə erkən qayıdacaq. Əks halda toplanışın müddəti uzanacaq.

Daha çox


Son xəbərlər